Yaxud fondun içində fond açmaq
Azərbaycanda dövlətin funksiyalarının anlaşılmaması bir çox hallarda üzə çıxır. Buna tipik örnək sosial şəbəkədə rastlaşdığım bir hal idi: hansısa qeyri-hökumət təşkilatının nümayəndəsi fəxrlə yazmışdı ki, mən prezidentə xidmət etməyə hazıram. Halbuki bizim qanunlara görə prezident xalqın xidmətçisidir.
Dövlətin əsas funksiyalarından biri sosial müdafiədir. Kimsəsizlərin, imkansızların, fiziki çatışmazlığı olanların qulluğunda durmaq dövlətin işidir. Ancaq azərbaycanlılar nə edirlər? Formal olaraq qurduqları dövlətdən bu cür işləri düzgün görməyi tələb etmək yerinə hansısa müğənniyə, şairə göstərilən tibbi yardımı şişirdirlər. “Sağ olsun Filankəs xanım, xeyriyyəçilik elədi, əməliyyat olunduq”, “Burdan Behmənkəs müəllimə dərin minnətdarlığımı bildirirəm, narkozdan özümə gələndə gördüm durub başımın üstündə, dedi, möhkəm ol, yaxşı iynələr vurdurduq sənə” - bu tip xəbərlər mediada çox olur.
Azərbaycanda hələ 1999-cu ildə (!) tibbi sığorta haqda qanun qayırılıb. 17 ildir o qanun işləmir. Səbəb nədir? Çünki yapistlər tibbi sektora, həkimlərə, xalqa nəzarətin ciddi bir alətini itirmək istəmirlər. Əgər mənim tibbi sığortam olsa, əməliyyat üçün həkimə rüşvət verməyəcəm axı! Eyni zamanda, həkim də yaxşı maaş alacaq, hakimiyyətdən asılı vintcik, 4-5 ildə bir dəfə on manatlıq artıma həsrət yetim olmayacaq.
Bu yaxında bir nəfərlə bu temada mübahisə elədik. Yetərincə savadlı adam olsa da, dövlətin funksiyasını anlamırdı, deyirdi xeyriyyəçilik mütləq lazımdır, gərək biz hamımız kimsəsizlərə, imkansız xəstələrə əl tutaq və sairə. Əlbəttə, hansısa çox yüksək xərcli tibbi əməliyyata sığorta pulu çatmaya bilər, kiməsə müəyyən fond, bank hesabı yaradıb yardım eləmək olar, ancaq bu işlər kütləvi hal almamalıdır. Kütləvidirsə, deməli, dövlətin quruca adı var. Axı dövlət özü mahiyyətcə nədir? Bizim elliklə yaratdığımız, müəyyən funksiyaları həvalə elədiyimiz bir xidmət təşkilatıdır. Loru dildə desəm, Əhməd, Məmməd, Həsən yığışdılar, dövlət qurdular və bu dövlətə xarici müdaxilədən qorunmağı, sosial müdafiəni-filanı tapşırdılar. Əvəzində vergi verdilər - pul topladılar. İndi mən bir dəfə sosial məqsədlə geniş qrup şəklində pul topladımsa (vergilər), bunun bir faydası olmadısa, həmin pulu kimlərsə cibinə basdısa, ikinci dəfə xeyriyyə konsertinə gedib pul toplanmasında iştirakım nəyi dəyişəcək? Bu, bəzi yapistlər tərəfindən ikiüzlülük deyilmi? Vergilər Nazirliyi rüşvətxorluqla, Gömrük Komitəsi reketlə məşğuldur, sən də burda “xeyriyyə konserti” tamaşası oynayır, özünü gözə soxursan. Halbuki, üzvü olduğun deputatxanada o nazirlərin yaxasından yapışıb üzlərinə tüpürməli idin.
Bakı ətrafındakı bir kənddə başqa bir karikatur yardım obyekti açılmışdı. Geymədiyin paltarları gətirib ora qoyurdun, ehtiyacı olan gəlib aparırdı. Bunun sanitar-gigiyenik təhlükəsini bir qırağa qoyuram. Bir neçə gündən sonra obyekt tam boşaldı - imkansızlar bütün geyimləri aparmışdılar. Başqa cür ola da bilməzdi, çünki bunu da dövlət, onun sosial müdafiə nazirliyi sistemli şəkildə etməlidir. “Sobes”lərin binasında geyimlərin təhvili yeri açmaq olmazmı?
Ümumiyyətlə, dövlətin guya imkanı yoxdur beş-on manatlıq ucuz geyimlər alıb imkansızlara paylasın? Var. Sadəcə, bunu tələb eləməkdənsə geydiyin cırıq paltarla yardım reklamı yapmaq daha məqsədəuyğundur. Hələ işə bir “Allah rizası” söhbəti qatsan gələcəkdə o paltar yerini pir elan eləmək də olar. Yeri gəlmişkən, SSRİ dövründə imkansızlara məktəbli forması pulsuz verilirdi, belə dövlət proqramı vardı. İndi guya “analoqu olmayan” dövlət Formula-1 yarışından kəsib bunu edə bilməz?
Yenə xüsusi yazıram ki, “dövlət eləmir, biz eləyək” söhbəti lazımsızdır. Biz elə dövləti bu iş üçün qurmuşuq. Bizim fondumuz dövlətdir. Bina alınmayıbsa, dam yoxdursa, onun bir küncündə soyuqdan qorunmaq avara məşğuliyyətdir. İctimai-siyasi riyakarlığın bir növüdür.
09.03.2016, 07:34
251 baxış
Zamin Hacı
Xeyriyyə riyakarlığı