Dünən təkcə Xocalı faciəsinin ildönümü deyildi, həm də baş nazirimizin doğum günü idi, Artur müəllimin 81 yaşı tamam olurdu və 21-ci əsrə 81 yaşlı baş nazirlə gedən ölkənin faciələr içində olmasına bəlkə təbii yanaşmalıyıq. Təsəvvür edin, bu adam 1996-cı ildə baş nazir qoyulub. 20 ildir. Yapistlər onun formal vəzifəsini belə dəyişə bilmirlər, çünki oliqarx-məmurların, başkəsən nazirlərin başı üstünə kölgə şəklində qoymağa ikinci kadr yoxdur. Başqa kimi qoysalar Nazirlər Kabineti “İlhamə Quliyeva - Flora Kərimova” dialoquna dönəcək. Hər kəsə eyni məsafədən susan ikinci adamları yoxdur!
Artur müəllimin indiki 81 yaşından 20 ili çıxanda başqa bir mikrofaciə ilə üzləşirik. Deməli, bu adam baş nazir qoyulanda 61 yaşında imiş. Həmin dövrdə azərbaycanlı kişilər məhz o yaşda pensiyaya çıxırdılar. Normal dövlətlərdə, sivil cəmiyyətlərdə pensiya yaşına çatmış adamı zor-xoş işlətmirlər.
Eyni zamanda bu tip problemlərin kökündə azərbaycanlıların maksimalist olmasını da səbəb kimi görürəm, çünki kiməsə “ağsaqqalı niyə işlədirsən” desən, “uşaq-muşaqdan ağsaqqal yaxşıdır” cavabını alarsan. Sanki orta yaş, orta nəsil deyə bir kateqoriya ümumiyyətlə yoxdur. Hər işimiz belədir. Bir neçə örnək yazım, arqumentimi boşboğazlıq saymayasınız.
Kimsə dindar olur, hicaba bürünür. Başqası deyir ki, hicab, çadra kimi geyimlər dində vacib buyurulmur. Mübahisəyə qoşulmaq fikrim yoxdur, sadəcə, örtünməyi müdafiə edənlərin kontr-arqumentini yada salmaq istəyirəm: “Bəs lüt gəzmək yaxşıdırmı?”
Lənət şeytana... Heç cür izah edə bilmirsən ki, axı hicab örtməyin qarşılığı, əksi lüt gəzmək olmaya da bilər! Yetərincə başqa geyim formaları da vardır. Azərbaycanlının abır və abırsızlıq, həya və həyasızlıq, geyim və çılpaqlıq, əxlaq və əxlaqsızlıq kimi antonimlərə olduqca maksimalist münasibəti vardır. Ya hə, ya yox. Orta hədd yoxdur. Bəlkə bu bizim uşaq olmağımızdan, qeyri-müdrikliyimizdən irəli gəlir? Çünki qızıl ortanı, ümumiyyətlə, hər hansı ortanı tapmaq müdriklik əlamətidir. Necə deyərlər, cavanın beyni qan olur.
Mətbuata baxırsan, bu cür maksimalar göz deşir. (Dəli şeytan deyir ki, “Nissan” özünün “Maksima” modelli avtomobilini məhz azərbaycanlılar üçün buraxıbdır). “Bütün həkimlər cəlladdır”, “Jurnalistlər hamısı satılıblar”, “Xalqımız qorxaqdır”, “Azərbaycanlı qadınlar Marusyanın dırnağına dəyməz” və sairə və ilaxır. Elə misallar da çəkirlər, qalırsan məəttəl, fikirləşirsən, bəlkə bunlar düz deyirlər.
Biz azadlıq və demokratiyanın da ən yuxarı həddini götürdük, nazirlər prezidentin iclasında külqabı atırdılar. Sonra ling 180 dərəcə əyildi, nazirləri tarakan sayan adam prezident oldu. Qarabağ savaşının qızğın vaxtlarında Ağdərəni alıb Kəlbəcərə yol açandan sonra dayanmaq, atəşkəs bağlayıb öz vətəndaşımız ermənilərlə danışığa getmək lazım idi. O durumda separatçılar hər cür müqaviləyə razı olardı. Ancaq biz dayana bilməzdik, yoxsa nəyimiz azərbaycanlı oldu!? Biz gərək Xankəndini də alaydıq. Bir nəfər çıxıb demirdi ki, qardaşım, Xankəndini alıb neynəmək istəyirsiniz, ordakı erməniləri hara qovacaqsınız? Desə, ermənipərəst sayıb ayaqlayardıq. Çünki urapatriotizmin “Maxima” maşını tam sürət yığmışdı, burnu divara dəyib əzilməyincə dayandırmaq olmazdı. Ucarlılara demokratiyanı fərli izah eləyə bilməyən adamlar uyğurların problemlərindən narahat olurdular.
Dil bir millətin taleyi, problemləri haqda ən yaxşı açar rolunu oynayır. Sözlərin analizi ilə başa düşürsən insanların durumu hansı yerdədir. Azərbaycanlılar pis gündə yaşayan, dərdi çox, həmdərdi yox adamı necə təsvir edirlər? “Ortalıqda qalıb” - belə deyirlər! Orta, ortalıq, ortaqlıq bu ərazidə mənfi keyfiyyətli anlayışlardır.
Artur müəllimi doğum günü münasibətilə qutlayıram. Gün o gün olsun yüz yaşında baş nazirimiz olsun!
28.02.2016, 09:11
253 baxış
Zamin Hacı
Ortalıqda qalanlarınnaziri