Ayının pəncəsindən sağ çıxan Şəki sakini haqda ötən günlərdə yazmışdım, onun kinoya layiq həyatının batıb getdiyini göstərmişdim. İndi düşünürəm ki, deyəsən, bunlar hələ “jurnaldır”, əsl kino qabaqdadır.
Özü də istənilən janrda kinolar üçün material ortada batıb getməkdədir. Heç olmazsa “Elşad Abdullayev-2" də yoxumuzdur, rejissor qıtlığıdır. Nə qədər canlı kadrlar batıb gedir.
Srağagün bir İmişli sakini güllə yaraları almışdı. Sən demə, bu qardaş “Azərsun” şirkətində ekspeditor işləyir və həmin gün ərazidəki dükanlardan pulları yığıb öz avtomobili ilə qayıdırmış. Yolda kimlərsə onun avtomobilini saxladıb pulları almaq istəyiblər.
Adam saxlamayıb, avtomobillə qovhaqov başlayıb, hətta bunu gülləbaran ediblər! Təsəvvür edin, sabitlik necə çiçəklənir! Heç “92-93-də” yollarımızda belə kinolar olmurdu. Atılan güllələrdən bir neçəsi ekspeditora dəysə də, yaralansa da pulları quldurlara verməyib, özünü xəstəxanaya çatdırıbdır. İndi “Azərsun”da mərifət olsa bu adama babat mükafat verməlidir. “Oskar” almasa da, barı pul alsın.
Yol polisinin avtomobilini çəkiclə darmadağın edən vətəndaşımızın videosunu da yəqin görmüsünüz. (Bir dostumuz həmin hadisəyə yaxşı ad tapıbdır: “Dövlət maşınının dağıdılması”). Mən buna baxanda nəsə yaddaşım qımıldandı, buna bənzər kadrları hardasa gördüyümü fikirləşdim, ancaq yadıma sala bilmirdim. Srağagün tapmışam - yenə bir başqa dostumuzun köməyi ilə. Cənubi Koreya rejissoru Pak Çhan Uk-un “Oldboy” adlı gözəl filmi var. 2003-cü ildə - bizdə siyasi qırğınlar olan il səhnəyə çıxıbdır. Türkiyədə “İxtiyar dəliqanlı” adıyla tanınan bu film elə ekrana çıxdığı ildə Kann festivalının Qran-pri ödülünü almışdır. “Oldboy” qisas haqda filmdir, qisasın mahiyyətini çox gözəl izah edir. Və filmin qəhrəmanlarından birinin silahı... çəkicdir. O, çəkiclə xeyli adamı öldürür. Hətta filmin posterlərindən biri də əlində çəkic tutan həmin qəhrəmanın fotosudur. Bizim qəhrəmanın da yol polisinə hücumunun qisas olması ehtimalı var, çünki rəsmi açıqlamaya görə, adamın avtomobilini cərimə edibmişlər, bu da yaxınlaşıb ki, niyə cərimə etmisiniz, ancaq polis laqeyd yanaşıb, heç cavab verməyib.
Şimal rayonlarımızdan birində iki şəxs hamamda dəm qazından boğulub ölmüşdülər. Bu sevgililərin faciəsindən sonrakı xəbərlərdə belə detal gözümə dəydi: ehtimal var ki, onların öldüyü bina təzə tikilidir, yaşayış olmadığı üçün evə bayırdan ilan-çayan girməsin deyə mərhum gənc kişinin atası hamamın tüstü borusunun ağzını bağlayıbmış! Lakin oğul bunu bilmirmiş. Nə qədər qəribə ölümdür...
“Bizim market” adlı dükanlar şəbəkəsinin yiyəsi, deyilənə görə, qaçıb aradan çıxıbdır. Nəsə qaytarılmayan kredit söhbəti var. Ancaq maraqlıdır ki, indi bu adamdan şikayət edən əsas fiqurlardan biri doğma ... qayınanasıdır. Qayınana qəzetlərə şikayət yağdırır, deyir, yeznə reketlik edib, bizi izlətdirib və sairə. Maraqlı olan, əlbəttə, bu deyil. Ona qalsa hər gün nə qədər belə məişət davaları olur. Sadəcə, qayınananın açıqlamalarında “Bandotdel”in də adı gözümə dəydiyindən diqqətimi çəkmişdi. Sən demə, yeznə öz qohumlarını izlətdirmək üçün cinayətkar dəstə yaradıbmış. Bu dəstənin ələ keçməsi isə izləmə əməliyyatının... “Bandotdel”in yanında aparılması səbəbindən olub, çünki izlənən qohumların evi idarənin qonşuluğunda imiş! Təsəvvür edin, mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin polisləri diqqət ediblər ki, neçə günlər kimlərsə bunların idarəsinin qabağında maşında oturub adam güdürlər. Həmişə adam güdmək işinə baxan idarənin özünün güdülməsi mənzərəsi sırf tragikomediya janrında kino epizodu deyil, bəs nədir?
İndi söz “Azərbaycanfilm” studiyasınındır - işləmək lazımdır.
23.02.2016, 07:21
201 baxış
Zamin Hacı
Film kimi