Bakının rayonlarından birində qardaş bacısını bıçaqlamışdı. Səbəb isə ənənəvi idi: bacı qardaşdan icazəsiz küçəyə çıxıbmış. Ta bacının və qardaşın hər ikisinin 20 yaşdan yuxarı yetkin insanlar olması, hər ikisinin ailə qurması, valideyn olması önəmli deyildir. Bacı boşanıbmış axı! Deməli, qardaş indi onun hərəkət trayektoriyasına nəzarət etməli, cızıqdan çıxanda vaxtlı-vaxtında böyrünə bıçağı soxmalıdır.
Ancaq belə tipik Azərbaycan mənzərəsini burda təkrarlayıb hörmətli oxucunun ürəyini bulandırmaq istəməzdim, sadəcə, hadisənin sabahısı günü polis idarəsi qardaşı açıb buraxmışdı. Sən demə, yaralı bacının huşu qayıdıb, elə o anda da dərhal şikayətçi olmadığı haqda ərizə yazmışdır. Vəssalam, şüttəmam. Adamı açıb buraxıblar. Bu da sənin üçün hansısa müxalifətçi deyil ki, cibinə dırnaqtutan atıb tutasan.
Hələ bu, hüquq cənnətimizin ləzzətli mənzərələrindən yalnız biridir, başqasını da sizə nəql edim.
Binəqədi rayonunda 5 saylı polis idarəsinin rəisinə basqın edib onu bıçaqlamışdılar. Təzəlikcə həmin hadisədə suçlanan 3 nəfərin cinayət işinə məhkəmədə baxılıb. Rəis gəlib ifadə verib, deyir bunların heç birini tanımıram, dostumun “Mersedes-Galenvagen”i ilə yolda gedirdim (nə yaxşı bizim belə dostumuz yoxdur, yoxsa bizi də döyərdilər), birdən bunlar maşının qabağını kəsdilər, başladılar məni döyməyə. Beysbol ağacı, bıçaq, şillə-təpik...
Qısası, rəisin nəql elədiyi ssenarini ver Tarantinoya, babat səhnə çəksin. Ancaq ardıyca rəis görün nə deyib: “Bunların heç birini tanımıram, şikayətçi də deyiləm”. He-he... Bəs onda bu məzhəkə nədən ötrüdür? Bəlkə rəis istəyir onlara cəza verilməsin, azadlığa çıxsınlar, məsələni təkətək, qədim dövrlərdəki kimi həll eləsin? Bəlkə rəis şikayətçi olmağı “zapadlo” hesab edir? Nə biləsən... Hər halda əcaib işdir ki, bir halda şikayət geri götürüləndə bıçaq vuranı azad edirlər, o biri halda isə 11 il cəza istənilir. Axı zarafat üçün olsa da bizim ana qanunda belə maddə yazılıbdır ki, hamı qanun qarşısında bərabərdir! Kim bərabər olmaq istəməsə bər-bər bəyirdilir. Getdim gördüm bir dərədə bir bərbər... Nəsə, bu ayrı yazıdan idi, gəldi nahaq yerə bura düşdü.
Əlbəttə, “bəziləri daha çox bərabərdir” (Oruell), bunun təzahürləri vaxtaşırı üzə çıxır. Deputatxanada iqtisadiyyata aid nəsə “Antidempinq” adında bir qanun müzakirəyə çıxarılmışdı. Devalvasiyadan sonra bəzi deputatlarımız yaman androgenləşiblər, qanun projelərini tənqid etməkdən çəkinmirlər. Fəzail müəllim isə nəinki qocalıb və belə tənqidçi deputatları tutub döymür, əksinə, bəzən özü də onlara qoşulur.
Uzun sözün qısası, deputatlar döşənib qanuna, bir-bir söyürlər. Biri deyir, bu qanun sahibkarı boğacaq, ikincisi deyir, iqtisadiyyat çezəcək, başqası qavalı alıb segah üstündə oxuyur: “Ey dad, əman, əman, bu qanun lahiyəsi nə üçün öz dilimizdə yazılmayıbdır, eyyyy! Gedin deyin Elman müəllimə, apardı sellər manatı, dadi-bidad, uy, uy, uy”. Spiker Oqtay müəllim baxdı ki, sabitlik əldən gedir, deputatxana Ağdam Məşğulluq Mərkəzinə oxşamağa başlayıbdır, göz elədi iqtisadi qanunların otuna-suyuna baxan, asudə vaxtlarında isə musiqi bəstələyən Ziyad Səmədzadə müəllimə. Ziyad müəllim şəhadət barmağı ilə bayaqdan şuluqluq salan Zahid Oruc kimi deputatları hədələyib belə dedi: “Bizim bu qanun layihəsinə dəyişiklik eləməyə heç bir mənəvi hüququmuz yoxdur. Çünki bu layihə cənab prezidentdən gəlib”. Əla söhbət idi. Bundan sonra elə bil qurbağa gölünə daş atdılar. Layihə dərhal səsə qoyulmadan yekdilliklə qəbul olundu və elə ordaca qüvvəyə mindi. Heç bir mənəvi hüquqi olmayan tiplərin səni parlament adıyla təmsil eləməsinə baxmaq inanılmaz zövqlü tamaşadır.
Sonda bir şad xəbəri də təkrar yazım, biləsiniz: Ermənistanın əhalisi sürətlə azalırmış. Müharibə başlayanda 3 milyondan çox olsalar da, indi 3 milyondan azdırlar. Təxmini hesablamışam, bu gedişlə 240 ildən sonra orda bir ins-cins qalmayacaq, Qarabağ da İrəvan qarışıq qayıdıb bizim olacaqdır! Səbir edin. Səbir edən dərviş, murada ərmiş.
19.02.2016, 06:51
259 baxış
Zamin Hacı
Bərabərlikdən bəyirmək