Azərbaycan bank sistemi pis durumdadır, banklar bir-birinin ardınca bağlanır. Ancaq vətəndaş daha ağır durumda imiş. Dünən bir xəbər oxudum, bilmədim gülüm, yoxsa ağlayım: Bakıda bağlanmaqda olan bankdan pul oğurlayan adamı tutublar. Aydın məsələdir ki, o bankda pul yoxdur, olsa niyə pis duruma düşsün? Vətəndaş isə ümid edirmiş bəlkə kassanın dibində nəsə qəpik-quruş qalmışdır.
Ümumiyyətlə, yeni dövr yeni mənzərələr gətirir. Örnək üçün, prezidentin məktublar şöbəsinin müdiri Süleyman İsmayılovun açıqlamasını idarəçilikdə postmodernizm adlandıra bilərik. Sizcə, Süleyman müəllim nə edib? Bəlkə vətəndaşların bütün məktublarına cavab yazıb? Yaxud şikayətçilərin hamısını aparata çağırıb “Yaxşı vətəndaş” mükafatı veriblər? Tapmadınız. Süleyman müəllim elə bir hərəkət edib ki, dünyada kimsənin ağlına gəlməz: son illərdə Prezident Administrasiyasına ən çox şikayət məktubu yazanların adlarını mətbuata açıqlayıb!
Fantastikadır. Özü də detallı siyahıdır: filan rayon sakini filankəs, behman rayon sakini behmankəs və sairə. Deyir yoxlamışıq, bu adamların şikayətləri təsdiqini tapmayıb, ancaq yenə də şikayətlənirlər.
Bəlkə o adamlar dəli olublar? Niyə Süleyman müəllim bu haqda düşünmür? Başqa yöndən, dövlət ona davamlı şikayət yazanların adını niyə açıqlayır ki? Bəlkə ictimai qınaq təşkil etmək istəyirlər? Deyirlər gedək həmin məktub yazanları tapaq, tutaq yaxalarından, məktublarını alıb cıraq, deyək ay filan-filan olmuşlar, nə üçün imkan vermirsiniz Süleyman müəllim vacib dövlət işləri ilə məşğulat eləsin? Əks halda, kiminsə davamlı şikayətləri uzağı özünə ziyandır, konvert alır, marka yapışdırır, mürəkkəb, kağız, tüpürcək israf edir və sairə.
Ancaq həyat Süleyman müəllimin poçt qutusunun deşiyindən görünən qədər bəsit deyil. Dünən “Yeni Müsavat”da jurnalistlər İlkin Muradov və Toğrul İsmayılın “Özünü yandıran 23 yaşlı gəncin dəhşətli həyat hekayəsi” başlıqlı fotoreportajı var idi. Siz özünüz tapıb oxuya bilərsiniz, mən qısa özətini yazım. Bu il fevralın 10-da Zığ qəsəbəsində Taleh Əmirli adlı 23 yaşlı gənc özünü yandırıb, xəstəxanada ölüb. Jurnalistlər onun evinə gediblər və dəhşətli mənzərə görüblər: gənc işsizlikdən, 1 yaş yarımlıq astma xəstəsi körpəsinə dərman ala bilmədiyindən bezib intihar edib. İndi onun ailəsi - arvadı, uşağı, xəstə anası və xalası yarıuçuq tikilidə ac-susuz qalırlar.
“Mənzilin” yaşayış şəraiti sıfıra yaxın. Ailədə yeganə pul qazanan talesiz Taleh olub, heç yas da keçirə bilməyiblər, hazırda qonşuların yardımı ilə yaşayırlar. Vaxtilə evləri Mingəçevirdə imiş, ana xəstələnib, tibbi əməliyyata pul lazım olub, evi satıb Bakıda əməliyyat puluna veriblər, azca qalan hissəsinə də bu xarabanı alıblar. Talehin atası isə 1994-cü ildə yapistlərin biabırçı Murov hərbi əməliyyatında itkin düşüb. Atası itkin düşəndə Taleh anasının bətnində imiş. (Minlərlə azərbaycanlı gənci Əli Ömərov kimi gerizəkalıların hazırladığı o qırğında qurban vermişdilər).
İndi yapistlər deyə bilərmi bu ailənin günahı nədir? Niyə bu bədbəxtləri repressiya edirsiniz? Şikayət yaza bilməyən, xaricə qaça bilməyən, axurunuza yaxın düşə bilməyən qırılmalıdırmı?
Yeri gəlmişkən, mərhum Taleh Ömərlinin sağ qalmış ailəsindəki üç qadının üçünün də fotolarını birləşdirən bir ümumi cəhət vardı: onlar zolaqlı paltar geyinmişdilər! İstəsəniz bunu da Ömərlinin Ömər dağında Ömərov kimilərin günahı üzündən həlak olmuş atası kimi təsadüfi uyğunluq saya bilərsiniz.
Ancaq bu 3 qadının zolaqlı geyimi necə də bizim həbsxana həyatımızın rəmzi kimi görünürdü! Hərçənd, zolaqlı həbsxana geyimi də alman konslagerləri dövründə qalıb, axırıncı dəfə məhbusa zolaqlı geyimi Britaniyada, 1991-ci ildə geyindiriblər, o vaxtdan bəri bu geyim forması işlək deyil. Zığda qalırmış hələ!
13.02.2016, 08:39
304 baxış
Zamin Hacı
Zığ düşərgəsindəki məhkumlar