İslahatlar davam edir, dünən dövlət başçısının fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.
Açığı, bunların niyə ləğv olunması bizə məlum deyil, çünki indiyə qədər niyə var olduqlarını da bilmirdik. Bir növ, cin-şeytan söhbəti kimi - hamı deyir cin var, ancaq heç kim görməmişdir.
Örnək üçün, bizdə qiymətli kağızlar bazarında dövriyyə sıfıra bərabər idi. Ölkədə “birja” deyəndə ancaq elan qəzeti yada düşürdü. “Səhmdar” isə sanki ölü doğulmuş adam adı idi. Özü də tək indi, devalvasiyadan sonra yox, elə həmişə bu cür olmuşdur. Neft pullarının sel kimi gəldiyi vaxtlarda da Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmadı, çünki bizdəki bazar iqtisadiyyatına, kapitalizmə, liberal makroiqtisadiyyata heç bir dəxli olmayan yarı oliqarxik, yarı kleptokrat bir sistemdir.
Yeri gəlmişkən, bu yaxında “Ədalət” (mən Ədliyyə-ni indən belə bu cür yazacağam - Z.H.) Nazirliyinin saytında təzə doğulan uşaqlardan bəzilərinin adının qabağında “Adsız” sözü yazılıbmış, vətəndaşlar da bunu uşaqlara Adsız deyə ad qoyulduğu kimi anlayıblar. Əziz Nesinin özünə soyad götürməsi də təxminən bu cür olub. Deyirmiş baxdım hamı qəşəng sözləri götürüb, mən özümə dedim, Əziz, sən “nesin”, yəni, sən kimsən axı Gül, Ərdoğan, Tatlısəs yaşayan məmləkətdə. (Dahi yazıçının özünə ritorik müraciətini özümdən quraşdırdım, yanlış anlamayın).
Uzun sözün qısası, sonra ƏN açıqlama verdi, dedilər o uşaqların adı Adsız deyil, sadəcə, ölü doğulan uşaqları belə qeydə almışıq. Bəlkə Prezident Administrasiyası bu maraqlı siyasəti öz işində tətbiq etməlidir. Nazirliklərin bəzilərinə Adsız Nazirlik deyilməlidir. Axı heç bir qanun işləməyən, məhkəmələrin beş qəpiklik olduğu ölkədə hansı Dövlət Sığorta Nəzarətindən dəm vurmaq olardı? Banklara qoyulan əmanətlər batır, insanlar qanunsuz dollar kreditinə görə intihar edir...
Yaxud Mərkəzi Bankın son 10 ildəki fəaliyyəti yalnız neft dollarlarından bazara atıb manatın sınıq belinə dirək vurmaq olmuşdusa, indi də bu dirək üçün material tapılmırsa, Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidməti tipli gülməşəkər adlı idarə nəyə lazım idi? İndi ləğv eləmisiniz, lap yaxşı, ancaq bunun dünənə qədərki saxlanma xərclərini kim ödəyəcək?
Hərçənd enerjinin itməməsi haqda məşhur qanun bizim yapist sistemdə də keçərlidir və elə zənn etməyin bu 3 idarə manatın üzdüyü mavi dənizdə birdəfəlik batmışdır. Yox, üçünü birləşdirib nəsə təzə bir idarə qayırıblar. Adı da çox əladır: Maliyyə Bazarlarına Nəzarət Palatası! Anlayan üçün burda böyük hikmət yatır. Axı bizim maliyyə bazarlarımıza bu dəqiqə elə yaxşı bir xəstəxana palatası lazımdır, manatı uzadasan ora, iynə-dərman verəsən, bəlkə tamam ölmədi.
O cümlədən Mingəçevirin keçmiş polis rəisi, işlədiyi vaxt yalan olmasın, hər ay içəridən meyit çıxaran Ələsgər Bədəlovun pensiya dövründə... “Azərişıq” idarəsinin Nizami rayon şöbəsinə rəis göndərilməsi həmin enerji qanununa uyğundur. Belə kadr işsiz qalsa dövlətçilik batar.
Keçmiş çekist Eldar Mahmudovu “Azərsu”ya, keçmiş rabitə naziri Əli Abbasovu qaz idarəsinə, ya da elə lap Mingəçevir polis idarəsinə rəis qoymaq yaxşı olardı. İlin-günün bu vaxtında peşəkar kadr bəyəm yola tökülüb ki, Naz-Lifana yığıb gətirəsən? Kasıbçılıqdır, əlimizdə olanları qorumalıyıq, son damlasına qədər sıxıb istifadə eləməliyik.
Sözgəlişi, dünən oxudum ki, İlham Əliyev Gürcüstana səfər edəcək. Ancaq 3 ay qabaq da gedibmiş. Sən demə, indi orda ayrı baş nazir qoyulub, bununla hələ görüşməmişik.
3 ayda baş nazir dəyişərlər? Gör nə geridəqalmış dövlətdir. Ona görə Manana məcburən gəlib burda oxuyurdu.
İndi söz əlaqədar təşkilatlarındır - siz də ləğv olub birləşin.
04.02.2016, 06:54
566 baxış
Zamin Hacı
Manananı Bakıya gətirən səbəblər