Gürcülər və ukraynalılar Avropa Birliyi ərazisinə vizasız girmək hüququ əldə ediblər, bir çox vətəndaşlarımız buna paxıllıqla tamaşa edirlər. Halbuki, bizim də analoqu olmayan inkişafımız vardır! Qoy avropalılar dərd çəksinlər ki, bizim çiçəklənən Azərbaycana gəlməkdə çətinlik çəkirlər.
Zarafat bir yana - prinsipcə, artıq çox faciəvi bir şəkil alan Azərbaycan məsələsində zarafat eləmək mümkün deyil - ancaq biz ən yaxın qonşularımızdan biri Gürcüstanın nə üçün bizi bu qədər ötüb keçməsi haqda ciddi düşünməliyik. Axı start vəziyyətində böyük fərq yox idi, hətta bir çox parametrlər baxımından bizim üstünlüyümüz olmuşdur. Örnək üçün, pulumuz daha çox idi. Deməli, dünyada pulun hər şeyi həll etdiyini düşünənlər bu dəfə də yanılıblar. Güc başqa elementlərdədir. Bax, özümüzə verəcəyimiz sualları gərək o başqa elementlər, parametrlər, ölçülər üzərində quraq.
Örnək üçün, birinci sual verək ki, nə üçün respublikamızı dünyaya Bakıda, Gəncədə, Şəkidə, Təbrizdə deyil, Tiflisdə elan etmişik. Çünki bu yarış təzə yarış deyil, çoxdan başlanıb.
İkinci sual verək ki, tariximizin, ümumiyyətlə müsəlman Şərqinin mətbuat tarixinin qızıl səhifələrindən biri olan “Molla Nəsrəddin” jurnalı nə üçün Tiflisdə yaranıb, Mirzə Cəlil bu jurnalın ən yaxşı nömrələrini də tam 12 il ərzində elə orada dərc etdirməyə məcbur olub? Halbuki, o vaxtlar Bakıda neft pulları sel kimi axırdı, milyonçularımız isə “kimin daha çox binası”, “kimin daha çox məşuqəsi var” tipli mübahisələrə məşğul idilər.
Nə üçün Axundovdan Xoyskiyə qədər bir çox dahilərimizin qəbri Tiflisdədir?
Nə üçün nəşriyyat tariximizin parlaq səhifəsi olan “Qeyrət” mətbəəsi Tiflisdə fəaliyyət göstərirdi?
Yeri gəlmişkən, hazırkı Avropanın mühərriki, dayağı Almaniyadır və gürcülərin orada qabaqlar da böyük hörməti var idi. Berlində bir dəfə fürsət düşüb, cəmi 3-4 saat gəzmişəm, yalan olmasın, bəlkə almandan çox gürcü görmüşdüm. Səbəb nədir? Çox sadə: alman xalqı 1990-cı ildə AFR və ADR-in ağrısız birləşməsi prosesinə dəstəyinə görə o vaxt SSRİ-nin xarici işlər naziri olmuş gürcü Eduard Şevardnadzeni unutmurdular. Gürcülərə Almaniyada “yaşıl işıq” yandıranda bir növ Şevardnadzenin xatirəsini yad edirdilər. Baxmayaraq ki, gürcülərin bir çoxu Berlində üskük oynatmaqla məşğul idi. Bəs bizə kimə görə hörmət etməli idilər? Mən susuram.
Özümüzə sual verməliyik ki, nə üçün Ukrayna və Gürcüstanın qabaqda gedən, tanınan idmançıları həm də demokratiya uğrunda savaşırdılar və axırda paytaxt meri, nazir vəzifələri tuturdular; bizim idmançıların isə gənci jurnalist öldürməkdə, ağsaqqalı dələduzluq etməkdə ad “qazanırdılar”.
Düşünmək üçün material çoxdur, mən sözü Şirvan şəhərindən oxucumuz Həsən bəyin məktubuna verirəm. Daha doğrusu, məktubdan bir hissəyə. Bəyin dərdi o qədər çoxdur ki, bir yazıya sığışmadı:
“Həmişə xoşuma gələn bir söz olub: ”Söz istəyirəm". Deyəcəyim sözlər çoxdur, həm sahibkar, həm də bir insan kimi real həyatımızı, Azərbaycanın həyat fəlsəfəsini tam reallıqla göstərməyə çalışacam. Doğum evlərindən başlayaq. Dünyanın bütün ölkələrində uşaq dünyaya gətirəndə anaya dövlət pul yardım edir. Azərbaycanda isə uşaq dünyaya gələndə yazıq valideynləri soğan kimi doğum evlərində soyurlar. Səhiyyədən yazmışkən, Milli Onkologiya Mərkəzində rastlaşdığım hadisələr məni şoka saldı. 6 ay, 1 il ömrü qalmış onkoloji xəstələri orda necə soyurlar, bundan o tərəfə vicdansızlıq olmaz! Bu, dəhşətdir! Kimya-terapiyanın bir seansı 250 manat! Cərrahiyyə əməliyyatı 2500-3000 manat! 6 aydan sonra isə ölüm! Necədir? Analoqu varmı dünyada?
Təhsildən danışmağa dəyməz. İbtidai sinfi qurtarandan sonra məktəbə getmək lazım deyil. Onsuz da oxumaq istəyən repetitor yanına gedir. İli 6-7 min manata olan kurslara da millətin yalnız 3-4 faizinin imkanı var. Dərsliklər pis gündədir.
Sürücülük vəsiqəsi B kateqoriyası 800-850 manata, BC 900-950 manata satılır. Demək olar Azərbaycanda sürücülük vəsiqələrinin 99 faizi rüşvətlə verilir.
Yollarımız nə gündədir. Hələ bu neçə ildə Bakıdan Kürdəmirə, Masallıya yol çəkilib qurtarmayıb. Bəs yol çəkilişinə ayrılan bu milyonlar hara gedib, ay qardaş? Şirvan-Salyan yolu nə gündədir, ilahi! Bu yoldan bir dəfə istifadə edən insan Azərbaycanda yaşadığına nifrət edir!
Yoldan sonra nəsə gömrük sistemi yadıma düşdü". (Ardı var).
21.12.2015, 06:25
245 baxış
Zamin Hacı
Yaxşı qonşunun vizası