Medianews.az
Ağıllınız kimdir, qabaqda gedən...
304 baxış

Ağıllınız kimdir, qabaqda gedən...

zamin yeni raz Putin Rusiyasının faşist dövlətinə çevrilməsinin daha bir örnəyi 12 dekabrda Voronej Psixonevroloji Dispanserindəki yanğındır. Orada 25 nəfərə yaxın xəstə yanaraq ölmüşdür. Qalanlar da ağır yaralıdır. Bu, Rusiyada psixi xəstəxanalarda ilk faciə deyil, son 2 ildə hətta 3-cü böyük qətliam adlandıra bilərik. 2013-cü ilin aprelində Moskva altındakı Ramensk psixonevroloji klinikası yanmışdı, 38 insan ölmüşdü. Elə həmin ilin sentyabrında Novqorod psixiatriya xəstəxanasındakı yanğında isə 37 psixi xəstə ölmüşdü. İstənilən normal, sivil dövlətin əsas keyfiyyət göstəricilərindən biri onun zəiflərə, xəstələrə, imkansızlara münasibətindən bilinir. Rusiya başqa avtoritar-totalitar rejimlər kimi bu istiqamətdə pis ad çıxarıb. Böyük ehtimalla psixi xəstələri elə rus cəmiyyəti özü yandırır, bu işdə dövlət də dəstək verir. Yuxarıda faşizmin adını nahaq çəkmədim. Hitler Almaniyasında psixi xəstələrə qarşı genosid siyasəti aparılırdı. Faşistlər hesab edirdilər ki, psixi xəstəlik genetik olduğu üçün bütün belə insanlar məcburi sterilizə olunmalıdır. 1934-39-cu illərdə Almaniyada 350 min nəfər psixi xəstə və ya psixi xəstə olması ehtimal edilən şəxs zorakı cinsi sterilləşməyə məruz qoyulub. 1941-45-ci illərdə 70 min psixi xəstəni qaz kameralarında öldürüblər. Bizim Azərbaycanda da psixonevroloji xəstələrə yaxşı münasibət yoxdur, ancaq hər halda insanlar belələrini ən son anda, artıq saxlamaq mümkün olmayanda psixi xəstəxanalara yerləşdirirlər. Belə insanları evlərində, ailədə saxlayırlar. Bəlkə də tibbi baxımdan bu, düzgün deyil, ancaq bizim tibb xidmətini yada salanda fikirləşirsən doğru seçimdir. Təəssüf ki, belə bir qəddar rejim bizim qonşumuzdur, üstəlik hər işimizə burnunu soxur. Qarabağ məsələsindən tutmuş iqtisadi məsələlərə qədər hər şeydə Rusiya bizə problem yaradır, problem yaratmaq gücündədir. Ancaq yapist iqtidara doğma rejim olduğundan heç vaxt Rusiya əleyhinə kəlmə kəsməzlər, eləcə uzaq Qərbi söyərlər. Eyni hal İran siyasətimizdə də var. Bəzən bu, gülməli formalar alır. Örnək üçün, Nardaran hadisələrindən sonra bütün yapistlərin şeyxi, hörmətli Allahşükür müəllim bir din xadiminə yaraşmayan şəkildə (bəlkə də yaraşan şəkildə - çox dərinə getmək istəməzdim) orda güc, silah tətbiqini alqışlamışdı. Halbuki, “gərək insanlar ölməzdi, silaha ehtiyac olmazdı” tipində barışdırıcı açıqlama da verə bilərdi. Ancaq nə işimizə qalıb, o dünya varsa hərə özünə cavab verəcək. Mən şeyxin başqa fikrini gülünc saydım. Sitat: “Nardaranda baş verən hadisələrin kökləri var. Bu köklər çox uzaqdan, xaricdən gəlir. Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazım deyil. Bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfində deyil”. İranın qorxusundan az qalır desin ki, Nardaranda hər kvartalda ABŞ, Fransa və İsrailin yox, elə İran və Rusiyanın, ərəb ölkələrinin bayraqlarını yandırıb rəqs edirmişlər. Bu hələ harasıdır, şeyxə “sən Allah, barı bir az sus” məsləhəti verən olmadığı üçün üstünə qoya-qoya gedir. Srağagün lap komediya açıqlamalar verib: “İran Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda çoxlu şəhidlər verib”. Özünə hörmət edən insan niyə belə yalanlar danışsın ki? İran Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə həmişə hədələr edib, hətta bir ara İran hərbi təyyarələri Salyan-Neftçala üzərində qanunsuz uçuşlar edirdilər, Türkiyə qırıcıları köməyə gəlməsə bəlkə indi Bakının Azadlıq meydanında bəsiclərin mitinqi keçirilirdi. O cümlədən, əgər Allahüşükür müəllim Qarabağ uğrunda həlak olmaq bir yana, çeçələ barmağı cızılmış bir iranlının adını çəkə bilsə mən qələmimi sındırıb Təzəpir məscidində tövbə etməyə hazıram. Təbii, biz tərəfdən vuruşan iranlını nəzərdə tuturam. Ermənilər tərəfdən vuruşanlara bir sözüm yoxdur, bəlkə şeyx daha dəqiq məlumatlara malikdir.

Bizə qoşulun