Dünən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi Bakıda təntənəli şəkildə qeyd olunmuşdur. Bəzi alimlərə prezident təqaüdü, bəzilərinə isə xalq artisti adı verilmişdir. Bayram münasibətilə AMEA Yerin öz oxu ətrafında fırlanması məsələsinə münasibətini dəyişdirmişdir. Yeri əfv ediblər. İndi o, fırlana bilər.
Doğrusu, mən bizim akademiyanın dünyaya gəldiyi bu 70 ildə dünya elminə 7 dənə faydalı nəsə verdiyi haqda heç bir məlumata malik deyiləm, ancaq siz bunun doğum tarixinə baxın! İndi bunun 70 yaşı varsa, AMEA Riyaziyyat İnstitutunun şefi, təhsilin anasını ağladan keçmiş nazir Misir müəllimlə birgə hesablama aparsaq doğum tarixi 1945-ci ilə düşür. Deməli, AMEA faşizm üzərində qələbə ilində yaradılmışdır. Bəs niyə orda faşizmə daima rəğbət ortaya çıxır? Sirli hadisədir. Bəlkə də Argentinaya qaçmağa imkan tapmayan bəzi almanlar gəlib bizim akademiyanın əsasını qoyublar. Yeri gəlmişkən, Hökumət Evinin binasını da həmin almanlar tikiblər, ona görə kabinet sarıdan yarımırıq, nazirlər bir ucdan reket çıxır, xalqı krematoriyada yandırırlar.
Nazir yazmışkən, dünən rabitə naziri Əli Abbasovdan idarəsindəki tuthatut haqda soruşublar, deyib, bəli, bəzi müvəqqəti saxlanılanlar var: “Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”. Bunu belə anlamaq olar: prokurorluq nə qədər tutulan olsa da biz qanuni fəaliyyət göstəririk. Zakir Qaralovun bostanına daş atır. İkincisi, hardan bilirsən tutulanlar müvəqqətidir? Bəlkə onları uzun müddətə həbs edəcəklər?
Ümumiyyətlə, gərək dövlət qulluqçusu danışığına fikir versin, xalqı yanlış düşüncələrə salmasın. Bax, belə ciddi səhvlərdən birini bu həftə ARDNŞ şefi Rövnəq əkə etmişdir. Telekanalizasiyaya intervü verib, deyir idarəmiz Gürcüstanda hər yerə qaz xətti çəkib, üstəlik dini obyektlərdən pul almırıq. Bunların sırasında bütün erməni kilsələri də varmış.
İndi bu çıxışdan rövnəqlənən qonum-qonşularımızla bərabər qərara almışıq evimizi erməni kilsəsi elan edək, SOKAR bizdən də qaz pulu yığmağı dayandırsın. Vallah. Daha doğrusu, Astvas! Ermənicə bir-iki dua da öyrənəcəyik, ondan sonra Rövnəq müəllim bizdən qaz pulu görsə neftin barrelinin 110 dollar olmasını təzədən görər. (“Qulağının dibini görər” ifadəsinin energetika sektorundakı formasıdır). Hazırda internetdən erməni kilsələrinin daxili quruluşu, keşişlərin geyim formaları haqda informasiya köçürdürəm. Tolerant olsun deyə bir-iki qonşumuz evində gürcü kilsəsi də açmaq fikrindədir.
Biz burdan “Azərişıq”a, “Azərsu”ya və başqa idarələrə də etirazımızı bildiririk. Niyə onlar da SOKAR-dan dərs almır? Fikrimcə, dini obyektlərə su, işıq verilməsi pulsuz olmalıdır. O cümlədən, evini erməni kilsəsinə çevirən vətəndaşlarımız təzə qanundan yararlanmalıdır. Əgər erməni kilsələri çoxalsa başqa kommunal ödənişləri verməmək üçün evimizi pravoslav kilsəsi, budda məbədi, lüteran ocağı, canım sənə desin, inkvizisiya idarəsi də elan edə bilərik. Siz işarə verin, qalanı bizlikdir.
Yazımın sonunda erməni kilsələrini pulsuz qazla təşkil edən yapist hökumətimizə bir erməni duası ilə təşəkkürlərimizi çatdırmağı özümüzə borc bilirik: “Amen hayi sertits bexats! Lesir ays dzaynn, Astvats overkar kyanq tur hayrapetin Rövnəqikan, Erkar orer SOKAR hayots hor Ter ansasan pahir dumişt qo isk himnats mayr ator”
Tərcüməsi təxminən belədir ki, Rövnəq müəllimi və SOKAR-ı daim Allah yanında uca tut, ey uca millət, sevgili xalq.
İndi söz əlaqədar təşkilatlarındır - duamızı qəbul eləyin.
10.11.2015, 07:52
236 baxış
Zamin Hacı
Mexa Astutso, Rövnəq ara