Bəzi adamlar yumurtanın bahalaşmağından, neftin ucuzlaşmasından narahatdır. Amma cənab prezidentin apardığı uğurlu islahatlar göstərir ki, qəti narahat olmaq lazım deyildir. Hər böhran dalğasında 7-8 general tutub bənd düzəltsək seldən uca millətimizin balağı da islanmaz. Zarafat deyil, 10-15 ildir yığan generallar var, onları sağsan neçə ağır illər yola verərsən.
Ziya müəllim də bu fırtınadan salamat çıxmış kimi görünür. Ona halaldır. Mən bir Biləcəri sakini olaraq bütün dəmiryolçular adından Ziya müəllimə azarkeşlik edirəm. Neçə sunami gəlib keçmişdir, amma o, mətin qaya kimi yerində qalır. Əsl ziyalıdır. Bir az da poetik jurnalist araşdırmaları aparsam Ziya müəllimi hava balonunda uçan səyyah hesab edə bilərəm. Balon ağırlaşıb yerə düşmək istəyəndə Ziya müəllim ballastları atır, təzədən pərvazlanır, səmanın ənginliklərində üzür. Misal üçün, son bir ildə nazirin atdığı ballastlar saysızdır, çünki tufan bu dəfə göydən gəlmişdi. Ziya müəllim səbətin kənarında dayanıb üfüqləri seyr edir, “uf” demədən öz şirkətlərini, Nəqliyyat Nazirliyinin səlahiyyətlərini aşağı atır. Hətta arada doğma qardaşının deputat mandatını da atdı.
Nə edə bilərsən... Əsas odur uçasan, ucalarda olasan. Səbəti yenə doldurmaq olar, ya qismət, ya mədət... (Düzü, hal-hazırda “Ya mədət” deməyin bir az düşər-düşməzi ola bilər, o üzdən məsləhətdir çox deməsin).
Balon o dərəcədə yüngülləşmişdir ki, Ziya müəllim hətta uçub İsveçrəyə getdi. Belə yaxşıdır. Yoxsa bəzi generallar o qədər kisə yığıblar tərpənə bilmirlər. Çevik olmaq lazımdır. Rejimin təkamül nəzəriyyəsinə və praktik təcrübəyə əsasən çevik olanlar həyatda qalır, hərəkətsizlərin nəsli kəsilir. Gördün qovurlar, kisələri at. Kisə qurtaranda quyruğunu qopar, özün aradan cır. Qoy təqibçilərin başı quyruqla oynamağa qarışsın.
Milyon illərdir kərtənkələlər məhz bu avtotomiya üsulu ilə həyatda qalmağı bacarmışlar. Quyruğun sonradan bərpası, obyektləri və səlahiyyətləri geri yığmaq isə regenerasiya adlanır. Bu üsuldan tək kərtənkələlər deyil, səkkizayaqlar (ayağını atır), xərçənglər (qısqacını qoparır), bir çox həşəratlar yararlanır. Holoturiyalar - dəniz xiyarları adlı canlılar hücumdan qorunmaq üçün maraqlı bir üsul seçmişdir. Onlar, pis çıxmasın, yoğun bağırsaqlarını çölə atırlar, bu zaman suyu da bulandırırlar, bilmirsən kimi tapıb tutasan.
Səudiyyə Ərəbistanında yaşayan iynəli siçanlar isə avtotomiya təkamülü nəticəsində elə bir səviyyəyə çatıblar ki, istənilən nazir onlara həsəd apara bilər: bu siçanlar təhlükə anında dəridən çıxırlar! Bütün dərilərini atıb aradan cırırlar, düşmən də dəri əlində, şok durumunda qalır. Doğrudan da, dəridən-qabıqdan çıxan məmura daha nə edə bilərsən? Özü öz dərisini soyan şəxsə batmaq mümkün deyildir.
Pulsuz biologiya dərsimiz bu qədər. (Öz aramızdır, Mikayıl müəllimin repetitorlarının yanına getsəniz bu dərsə görə minimum 20-30 manat ödəməli olardınız. Qədrimi bilin, bir gün mən də yazmağı atıb gedəcəyəm). Gəlin ən yaxşısı budur Bakı Beynəlxalq Avtovağzalının sürüşməsi mövzusuna diqqət edək.
Bir aya yaxındır o zırpı, “Titanik”ə bənzər bina Ziya müəllimin aysberqlə toqquşmasının güdazına gedərək batmaqdadır. Fakt budur ki, avtovağzalın bir tərəfi artıq işləmir, sürüşmə, çökmə təhlükəsi ilə bağlı elan olunmuşdur. Bəs bu zırpı binanın tikintisinə axıdılan yüz milyonlarla manat dövlət pulunun hesabını kim verəcək? Niyə heç olmazsa memarı tutub qulağını dartan yoxdur? Axı binanın təhvilindən heç 10 il də keçməyib.
Elan edilən sürüşmə səbəbi də lətifədir: deyirlər orda Xaləddin müəllim (Binəqədi icra başçısı) avtoyolun qırağında gül əkib, gülü suvarıblar, su axıb çat yaradıb. Təsəvvür edirsinizmi? Görün bunlar nə qədər harınlayıblar, milləti necə dolayırlar. Gül suvarmaqla çökən avtovağzal qayırıblar sən demə...
Görəsən hansısa nəqliyyat müfəttişi qaz buraxsa, avtovağzalın damı uçarmı?
22.10.2015, 08:02
301 baxış
Zamin Hacı
Ziya müəllimin avtotomiyası