İki qadın elektrik enerjisinin qiymətinin artırılmasına etiraz aksiyasının davam etdiyi əraziyə – Yerevanın Baqramyan prospektinə özləri ilə bir qrup uşaq gətirib.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, 20-yə yaxın uşaq prospektdə dövrə vuraraq ölkənin himnini oxuyublar. Onları müşayiət edən qadınlar uşaqların gəlişinin səbəbini izah etməyiblər. Aksiya iştirakçıları uşaqları alqışlarla qarşılayıblar.
Onlara yaxınlaşan Yerevan polisinin rəis müavini Valeri Osipyan bu addımla onların situasiyanı gərginləşdirdikləri barədə xəbərdarlıq edərək, uşaqları Baqramyan prospektindən tezliklə aparmağa çağırıb. Bundan sonra uşaqlar sıraya düzülüb mahnı oxuyaraq ərazini tərk ediblər.