Qərb, xüsusilə də Amerika KİV-ləri daim ABŞ-ın dünyada təhlükəsizlik və azadlığın bərpası üçün mübarizə aparması barədə verdiyi vədlərdən yazır. Lakin bu vədlər nəticəsində minlərlə insanın həyatına son qoyan münaqişə yarananda və ya ABŞ-ın digər ölkələrə amansız hücumları baş verəndə, nədənsə bu vəhşiliyi tənqid edən KİV-lər tək-tük tapılır. Halbuki bu işğalların nəticələri olduqca acınacaqlı olur. Məsələn, əksəriyyət bilmir ki, ötən əsrin qırxıncı illərində ABŞ-ın Cənubi Koreyanı işğal etməsi bu ölkənin müasir tarixinə nə kimi təsir qoyub. Həmçinin işğal nəticəsində Cənubi Koreyada fahişəliyin kütləvi şəkildə yayılmasına gətirib çıxarmasından da çoxlarımız xəbərsizik.
Hazırda Cənubi Koreyanın Pxentxek şəhərinin Anceunq-Ri rayonunda yerləşən ABŞ-ın “Kemp Hamfirs” hərbi bazasının arxa qapısı yaxınlığında yerləşən qapalı ərazidə indi də 70-dən çox yaşlı qadın yaşayır. Bu ərazidə yaşayanların hamısı fahişə olub və amerikalı əsgərlərinin cinsi ehtiyaclarını ödəyirmiş.
Onların indiyə qədər bu yerdə yaşamasına səbəb gedəcək başqa yerlərinin olmamasıdır. Bununla birlikdə inşaatçılar və binaların sahibkarları genişlənməyə davam edən hərbi bazanın yaxınlığında ev tikmək istəyirlər. Ona görə də qadınları öz evlərini tərk etməyə məcbur edirlər. 70 yaşlı Çu Miun-Ca belə qadınlardan biridir. Hər gün o məhkəmədən bildiriş alır ki, evi tərk etsin. O deyir: “Ev sahibi məni evi tərk etməyə məcbur edir. Lakin ayaqlarım ağrıyır. Yeriyə bilmirəm. Həm də ki, Cənubi Koreyada evlər çox bahadır.” Son beş ildə Çu ayaqlarındakı ağrıya görə nadir hallarda evdən çıxır. Öz indiki vəziyyətini o belə təsvir edir: “Hiss edirəm ki, boğuluram”.
Bütün bu qadınlar öz keçmişinə görə utanır. Onlar xəstədir və qorxunc yoxsulluq içində yaşayırlar. Lakin nə dövlət, nə də sadə insanlar onlara kömək etmək istəmir. Qəribə olan budur ki, İkinci Dünya müharibəsində yapon əsrgərlərin qulları olan koreyalı qadınlara dövlət tərəfindən maddi yardım göstərilib. Əhalinin əksəriyyəti yaponlardan kompensasiya tələb edir və hər həftə Yaponiya səfirliyinin qarşısında aksiya keçirilir. Anceung-Riya gəldikdə isə dövlət, “qanuvericilikdə bu qadınlara hər-hansı bir maddi yardım nəzərdə tutulmayıb”, – deyir.
Koreyalıların çoxu heç bu qəsəbənin mövcud olduğunu bilmir. Ehtimal olunur ki, əhali amerikalıların cinsi ehtiyaclarını zorla ödəyən qadınlara kömək etmək istəmir, lakin yapon zorakılığına məruz qalan qadınlara isə hər tərəfli dəstək verməyə hazırdır.
1950-1953-cü illərdə iki Koreyanın müharibəsi bitdikdən sonra Cənubi Koreya ABŞ ordusundan asılı oldu. Ölkədə diktatura quruldu, əhali isə yoxsulluq içində yaşayırdı. Tədqiqatçıların fikrincə, Cənubi Koreya hökuməti ölkənin cənub rayonlarından yerləşdirilmiş minlərlə Amerika əsgərinin cinsi ehtiyaclarını təmin olunması üçün qadınlardan istifadə etməyi qaçılmaz hesab edirdi. Digər tərəfdən, bundan gələn gəlir dövlətə son dərəcədə lazım idi. 1962-ci ildə Cənubi Koreya hökuməti ABŞ bazasının yaxınlığında yerləşən qəsəbələrdə fahişəliyi qanuniləşdirdi. Həmin il bu işə rəsmən təxminən 20 min və qeyri-rəsmi şəkildə bundan qat-qat çox qadın işə götürüldü.
Park Kiunq-Su Koreyanın mülki əhalisinə qarşı cinayətlərlə mübarizə üzrə təşkilatda baş direktorudur. Bu təşkilat Cənubi Koreyaya qarşı Amerikanın hərbi cinayətlərinin açılması üzərində işləyərək ictimaiyyətə çatdırır. O deyir: “Qadınların çoxu bu işlə mövcudluğa başqa vasitə tapmadığı üçün məşğul olub. Cəmiyyətdə pis ad qazandıqları üçün bu qadınlar başqa yerlərdə işləyə bilmir.”
Can Yung-Minin 67 yaşı var. Uşaqlıqda o yetim qalıb və sonra 20 il belə bir qəsəbədə işləyib. Yaşlı qadın deyir: “Uzun illər Amerika əsgərləri ilə yaşadığıma görə, artıq koreyalılarla yaşaya bilmirəm.”
ABŞ qoşunları 1945-ci ildə Koreyanı işğal etdi. Qoşunun məskunlaşdığı yerlərdə yaşayan qadınlar onlara xidmət etməyə başladılar. İş o yerə çatdı ki, 1950-1960-cı illərdə bu qədim peşə ilə məşğul olan qadınların 60%-i ABŞ bazalarının yaxınlığında yaşamağa başladı. 1953-cü ildə Koreyada rəsmi hesablamalara görə, 350 min fahişə olub. Fahişəlikdən gələn gəlir Koreyanın ÜDM-nin 25%-ni təşkil edirdi.
Bu ölkədə “BMT-nin istirahət mərkəzləri” mövcud idi. Orada olan qadınlarının əksəriyyəti ailəli idi və gündəlik dolanışıqlarını təmin etmək üçün bu sənətlə məşğul olurdu. Bu qadınlardan biri belə deyir: “Özümə və mənim kimi qadınlara baxanda anlayıram ki, Amerika ilə ölkəmiz arasındakı ittifaqının ən böyük qurbanı bizik. Bilirəm ki, bədənim mənə deyil, ABŞ və Cənubi Koreya hökümətinə aid idi.”
70-ci illərdə ölkədə vəziyyət o dərəcəyə çatmışdı ki, məktəblərdə işləyən müəllimələr deyirdi: “Amerika əsgərlərinə bədənini satan qadınlar əsl vətənpərvərdir. Çünki onların bu yolla qazandığı pullar milli iqtisadiyyatımıza böyük köməkdir.”
Koreya müharibəsi zamanı amerikalılara xidmət edən fahişələri fərqli şəkildə adlandırırdılar. Cənubi Koreyanın Kicixane şəhərindəki Kemp-Taun hərbi bazasında olan qadınları “Qərb şəhzadələri” adlandırırdılar. Həmçinin onlara “Qərb fahişələri”, “yanki fahişələri”, “BMT xanımları” da deyirdilər. Bununla birlikdə onların rəsmi adı “dinclik qadınları” idi.
90-cı illərin ortalarından Cənubi Koreyada Amerika hərbçilərinə xidmət edən rus, özbək, qazax və Filippin fahişələrinin sayı ciddi şəkildə artdı. Hazırda da ölkədə bu cür qadınların sayı kifayət qədər çoxdur. 2000-2010-cu illərdə qanunsuz şəkildə Cənubi Koreyaya təxminən 5 min rus qadın daxil olub, hansılar ki, sonradan onları seksual qullara çevirərək Amerika hərbi düşərgələrində işləməyə məcbur ediblər.
50-70-ci illər Amerika ordusu Koreyaya seksual qulların qeyri-qanuni miqrasiyası ilə məşğul idi. Koreyanın ABŞ ordusu tərəfindən işğalından sonra ölkədə fahişələrin sayı bir milyona çatıb. Maraqlı odur ki, Nyu-Yorkda Koreyanı kommunizmdən “xilas” edən həmin əsgərlərə həsr edilmiş park və memorial mövcuddur.
“Qurtuluşun” nəticəsi Cənubi Koreyanın 2014-cü il statistikasından yaxşı bəlli olur. Bu ölkədə fahişəliklə məşğuliyyətin qadağasına baxmayaraq, cinsi xidmətlər sahəsində maliyyə vasitələrinin dövriyyəsi o qədər böyükdür ki, hökumətin məlumatlarına əsasən, fəaliyyətin bu növündən gəlir ÜDM-in 4%-ni təşkil edir. Yəni, kənd təsərrüfatından və balıqçılıqdan gələn gəlirlə bərabərdir.
Hazırda Cənubi Koreyada qızlar kafedə, mağazalarda, mehmanxanalarda və hətta bərbərxanalarda belə, fahişəliklə məşğuldur. Cənubi Koreya hökumətinin Cinsiyyət Bərabərliyi Nazirliyinin hesablamalarına görə, hazırda ölkədə fahişəliklə məşğul olanların sayı 500 mindir. Eyni zamanda, Koreya Feministlər Assosiasiyası hesab edir ki, belə qadınların həqiqi sayı bir milyonu ötür.
Ümumilikdə isə hesablamalar göstərir ki, Cənubi Koreyada hər 25 qadından biri fahişəliklə məşğul olur. Başqa statistik məlumata görə, 15-29 yaş arasındakı hər 5 qadından biri heç olmasa bir müddət fahişəliklə məşğul olub.
Fahişəliklə məşğuliyyət üçün ciddi cəzaya baxmayaraq, cinsi xidmətlərin sənayesi ölkədə o qədər inkişaf etmişdir ki, bu peşənin nümayəndələri ara-sıra aksiya keçirərək, hökumətdən cəzaların yumşaldılmasını tələb edir.
Acınacaqalı faktlardan biri də budur ki, ölkədə yeniyetmə və uşaqlar belə fahişəliklə məşğul olur.
Faktxeber.com