ABŞ-ın Kolorado ştatında yaşayan və iki qolu olmayan Lesli Baugha beyni tərəfindən əmr edilən protez qolları ilə hərəkət edir. 40 il əvvəl keçirdiyi elektrik qəzasında iki qolunu itirən Lesli Baugh, xüsusi müalicə kursundan sonra, istədiyi hərəkəti etməsinə imkan verən protez qollarına qovuşub. Vaşinqtonda yerləşən Cons Hopkins Universiteti Xəstəxanasında aparılan müalicədə əvvəlcə onun əzələlərinin bərpası üçün xüsusi bir əməliyyat keçiriblər. Daha sonra protez qol taxılan Baugh, bunun sayəsində hər iki qolunu rahat şəkildə tərpədə bilir.
Cons Hopkins Xəstəxanasında əməliyyata rəhbərlik edən Albert Ama, aparılan əməliyyatın yeni tibbi bir prosedur olduğunu bildirərək, deyib ki, “xəstəmiz bərpa olunan sinirlərlə əlləri və qollarını hərəkət etdirə biləcək. Mövcud sinirlərin bərpa olunması qollarını beyin tərəfindən idarə etməyə imkan verir. Burdan da siqnal protezlərə əmr verir. Bununla xəstə protez qollarını sərbəst hərəkət etdirir.”
Qeyd edək ki, Lesli Baugha dünyada ilk xəstədir ki, əməliyyatla protezi qolun üst hissəsindəki sinirlərinə birləşdirilib.
Analitik.az