“Heydər Əliyev məni çox istəyirdi. Ona görə də azərbaycanlıları sevirəm və hörmət edirəm”.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış mügənnisi Ebru Gündeş “O səs Türkiyə” yarışmasına bildirib.
Yarışmaya Azərbaycandan qatılan iki qardaş Ceyhun və Varizin çıxışına münasibət bildirən müğənni Azərbaycanla bağlı xatirələrini bölüşüb:
“İlk dəfə 19 il əvvəl Azərbaycana getmişdim. Heydər Əliyevin zamanında mən oraya konsertə gedirdim. Heydər Əliyev məni çox istəyirdi. Ona görə də sizləri çox sevirəm və hörmət edirəm. Sizinlə birlikdə işləməyi çox istəyirəm”,-deyə müğənni qeyd edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.