Moskva “Spartak”ının yarımmüdafiəçisi Teo Bonqonda karyerasını “Barselona”da davam etdirə bilər.
Medianews.az xəbər verir ki, bu barədə Pauline Galance X sosial şəbəkəsindəki səhifəsində məlumat verir.
Mənbənin məlumatına görə, kataloniyalıların yeni baş məşqçisi Hans-Diter Flik 28 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır. Qeyd edilir ki, Bonqonda cinah hücumçusu Ansu Fatinin əvəzləyicisi ola bilər.
Bonqonda 2023-cü ilin yayından “Spartak”da oynayır. O, ötən mövsüm paytaxt klubunun heyətində bütün yarışlarda 35 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.
Bonqonda Belçikada anadan olub, lakin Konqo DR milli komandasında oynayır. Klub səviyyəsində o, əvvəllər Zulte Waregem, Celta Vigo, Trabzonspor, Genk və Cadiz klublarında çıxış edib. Transfermarkt portalı onun dəyərini beş milyon avro qiymətləndirir.
Medianews.az