Macarıstan Avropa İttifaqı Şurasına (Aİ) sədrlik etməyə başlayır.
Medianews.az xəbər verir ki, ölkə altı ay ərzində bu statusda qalacaq.
Proses Macarıstan hakimiyyəti ilə Avropa İttifaqının rəhbərliyi arasında kəskin fikir ayrılıqları fonunda baş verir.
Budapeşt altı ay müddətində şuraya rəhbərlik edəcək, vəzifəni Belçikadan alaraq ilin sonunda Polşaya verəcək.
Budapeştlə Brüssel arasındakı mürəkkəb münasibətlər hətta prezidentliyin “Avropanı yenidən möhtəşəm edək” şüarının seçimində də özünü büruzə verdi. Bu şüar Macarıstanın baş naziri Viktor Orban tərəfindən dəstəklənən, lakin Aİ-nin hazırkı rəhbərliyi tərəfindən bəyənilməyən ABŞ-nin keçmiş prezidenti Donald Trampın seçkiqabağı vədlərini xatırladır.
Ayşən