“Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvü, sağçı siyasətçisi Stefan Hrdi etirazçı ilə dava edib.
Medianews.az “Bild” nəşrinə istinadla xəbər verir ki, hadisə ötən həftəsonu partiyanın qurultayının keçirildiyi Essen şəhərində baş verib.
Məlumata görə, qurultay kütləvi nümayişlərə səbəb olub. Alman siyasətçi bildirib ki, nümayişdə iştirak edən etirazçılardan biri ona hücum edib və bir neçə zərbə endirib. Yerə yıxılan Hrdi nümayişçinin ayağından tutaraq dişləyib.
“Biri məni təpiklə vurdu, yıxıldım, sonra üç-dörd nəfər üstümə şığıdı. Özünümüdafiə məqsədilə ayağını dişlədiyim adam da üzümə təpik vurmuşdu”, – deyə siyasətçi baş verənləri şərh edib.
Medianews.az