Rusiyanın Primorsk diyarında Kiparisovo kəndi yaxınlığında yolda çılpaq vəziyyətdə uşaq tapılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə iyunun 30-da baş verib.
Körpəni kənd sakinlərindən biri aşkar edib, onu növbətçi məntəqəyə aparıb və hüquq-mühafizə orqanlarına təhvil verib. Məlum olub ki, uşaq Kiparisovoya istirahətə anası ilə gəlib, lakin o, onu nəzarətsiz qoyub, buna görə də körpə itib.
Körpə hazırda reabilitasiya mərkəzinə göndərilib, təhlükəsizdir. Məsələ ilə bağlı valideynləri ilə iş gedir.
Medianews.az