ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin indiki sakini Co Baydeni cinayətkar adlandırıb.
Medianews.az CNN-ə istinadla xəbər verir ki, bu, canlı yayımlanan teledebat zamanı baş verib.
Trampın sözlərinə görə, Bayden vəzifəsini tərk edən kimi mühakimə olunmalıdır. Keçmiş prezident oğlu Hunterin məhkəmə prosesini xatırladıb.
Bundan əlavə, Tramp debat zamanı Baydenin lal danışmasına diqqət çəkib.
Debatın əvvəlində isə Bayden Trampı əsəbi və uduzan biri adlandırıb. O, bu sözlərinə görə üzr istəməkdən imtina edib.
Xatırladaq ki, iyunun 28-də Bakı vaxtı ilə saat 05:00-da Demokrat C.Bayden və Respublikaçı D.Tramp arasında ilk prezident debatı baş tutub. Debat Corciya ştatının Atlanta şəhərində keçirilib. Tədbirin təşkilatçısı CNN telekanalı olub. Onu da əlavə edək ki, ABŞ-da prezidentliyə namizədlərin debatları ilk dəfə tamaşaçısız keçirilib.
Medianews.az