Türkiyədə tənqidlərə və etirazlara səbəb olan görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, autizm xəstəsi olan uşaq məktəb tədbirinə buraxılmayıb.
Hadisə İstanbulun Küçükçekmece bölgəsindəki məktəblərdən birində yaşanıb.
Azyaşlının sinif yoldaşlarının da iştirak etdiyi tamaşaya qatılmağına icazə verilməyib. Anası onunla rəqs edərək sakitləşdirməyə çalışıb.
Bəzi valideynlər autizmli uşağın səs və işıqdan narahat olduğu üçün tamaşaya buraxılmadığını iddia ediblər.
Uşağın sosial şəbəkələrdə yayılan görüntüləri kəskin tənqid və etirazlarla qarşılanıb.