Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın 2023-2024-cü il mövsümünün statistik məlumatlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Super Liqada bu mövsüm ən çox meydanda qalan “Fənərbağça”nın cinah oyunçusu Ferdi Kadıoğlu olub. O, 2023-2024 mövsümündə 37 matçda meydana çıxıb və 3 min 328 dəqiqə meydanda qalıb.
Ferdini 38 matçda 3 min 310 dəqiqə ilə “Kasımpaşa”da formsa geyinən Haris Hajradinoviç, 37 matçda 3 min 299 dəqiqə ilə “Qalatasaray”ın qapıçısı Fernando Muslera izləyir.
Mövsüm ərzində 76 qırmızı və 11591 sarı vərəqə göstərilib. “Adana Dəmirspor” 8 qırmızı vərəqə ilə siyahının başında yer alır. “Hatayspor”a isə 104 sarı vərəqə göstərilib.
Mövsümü çempion kimi başa vuran “Qalatasaray”ın argentinalı mərkəz hücumçusu Mauro İkardi 25 qolla Super Liqanın bombardiri olub. “Fənərbağça”dan Edin Dzeko 21 qolla 2-ci, “Sivasspor”dan Rei Manaj isə 18 qolla 3-cü pillədə qərarlaşıb.
Siyahının 8-ci pilləsində qərarlaşan “Kasımpaşa” klubunun uğurlu yarımmüdafiəçisi Aytaç Kara 14 qolla ən çox qol vuran türkiyəli futbolçu olub.