Türkiyənin Ədirnə şəhərində bir neçə ay öncə mafiyalararası qarşıdurma zamanı polisi öldürən azərbaycanlı “vor-zakon”lar haqqında istintaq başa çatıb.
AzVision.az-ın məlumatına görə, Hüseyn İmrağ adlı türk polisini ürəyindən vuraraq öldürən Azərbaycan vətəndaşı 36 yaşlı Mahir Şükürov və daha 7 nəfər barəsində cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.
Ədirnənin respublika prokuroru Çingiz Özülkü tərəfindən hazırlanan iddianamədə, şəhid polisin qatili M.Şükürov üçün ağırlaşdırılmış ömürlük həbs cəzası, digər şəxslər barəsində isə sənədsiz silah daşıdıqlarına görə 3 ilə qədər həbs və 5 min türk lirəsi məbləğində pul cəzası tələb edilib.
Prokuror Şaban Ərdoğan, Dursun Gündüz, Azərbaycan vətəndaşları – Namiq Umudov, Qara Əliyev, Rusiya vətəndaşı Ceyhun Əsgərov barəsində 1 ildən 3 ilə qədər həbs cəzası istəyib.