Donuz sürüsünə çırpılan avtomobildən yıxılan qadını qarşı tərəfdən gələn digər avtomobil vurub.
Medianews.az xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda baş verib.
Məlumata görə, Bestegül Akkaşın istifadə etdiyi avtomobil yolda donuz sürüsünə çırpılaraq qarşı zolağa keçib və aşıb. Bu sırada avtomobildən yıxılan qadın sürücünü qarşı tərəfdən gələn U.C.B.-nin idarə etdiyi avtomobil vurub.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb.
Bestegül Akkaşın həyatını xilas etmək mümkün olmayıb
Xəsarət alan iki yaşlı Cemre Göçer və Erdem Girginel müalicə üçün xəstəxanaya aparılıb. Avtomobil sürücüsü U.C.B. ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.
Medianews.az