ABŞ-da ilin müəllimi seçilən 38 yaşlı Treysi Vanderhulst həbs edilib.
Medianews.az xəbər verir ki, buna səbəb onun 16 yaşlı şagirdi ilə münasibət qurması olub.
Səlahiyyətlilər, Tarsinin digər gənc tələbələrlə də cinsi əlaqədə olduğunu düşündüklərini söyləyiblər.
Məlumata görə, Treysi riyaziyyat müəllimi kimi fəaliyyətinə və tələbələri ilə möhkəm ünsiyyətinə görə ilin müəllimi seçilib.
Onun işlədiyi Kaliforniya ştatındakı Yucaipa Liseyinin rəsmiləri müəllim kimi çox yaxşı çıxış edən Treysinin şagirdi ilə münasibətdə olduğu ortaya çıxanda şoka düşdüklərini bildiriblər.
Həbs edilən müəllimin məhkəməsi davam edir.
Medianews.az