76 yaşlı britaniyalı David xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşını öldürüb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, David məhkəmədəki ifadəsində həyat yoldaşının xərçəng xəstəliyindən şiddətli ağrılar keçirdiyini və onu öldürməsi üçün yalvardığını, ona görə də onu əlləri ilə boğduğunu bildirib.
David məhkəmədə həyat yoldaşının xəstəliyi səbəbiylə yaşadığı ağrıları izah edərkən göz yaşlarını saxlaya bilməyib.
O , həyat yoldaşı ilə 57 ildir evli olduğunu, onu çox sevdiyini və arzusunu yerinə yetirdiyini bildirib.
Təqaüddə olan mədənçi həyat yoldaşının ona 6 aydır ki, ölməsi üçün yalvardığını, vəziyyətinin çıxılmaz olduğunu və həyat yoldaşını öldürməkdən başqa çarəsinin qalmadığını bildirib. Medianews.az