İtaliyanın Milan şəhərində qorxulu partlayış baş verib.
Medianews.az xəbər verir ki, İtaliyan mediası şəhərin mərkəzində baş verən hadisəni əks etdirən kadrlar yayımlayıb. Həmin görüntülərdə bəzi avtomobillərin yandığı da müşahidə edilib.
Səlahiyyətlilər hadisənin mikroavtobusun yanması nəticəsində baş verdiyini bildirsələr də, ətraflı məlumat hələ də açıqlamayıb. Əraziyə yanğınsöndürən maşınlar göndərilib və yaxınlıqdakı məktəb şagirdləri ərazidən təxliyə edilib.
Əldə edilən məlumata görə, bir nəfər yaralanıb. Ölüm qeydə alınmayıb.
İtaliyanın şimalındakı şəhərin meri Cüzeppe Sala da hadisə ilə bağlı terror aktları ilə bağlı iddiaları təkzib edib. İtaliyanın yanğınsöndürmə rəisi hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Aytac Şahin
Medianews.az