Esenlerdə 44 yaşlı Hanife Burma birlikdə yaşadığı Zekeriya Tokmak tərəfindən boğazı kəsilərək öldürülüb.
Medianews.az xəbər verir ki, hadisə ötən gün saat 15.30 radələrində Aeroport məhəlləsində 5 mərtəbəli binanın damındakı mənzildə baş verib.
57 yaşlı Zekeriya Tokmak ilə uzun müddətdir birlikdə yaşadığı Hanife Burma arasında naməlum səbəbdən mübahisə düşüb.
Bir müddət sonra evdən çıxan Zekeriya Tokmak polisə gedərək Birmanı öldürdüyünü bildirib. Zekeriya Tokmakın ifadəsindən sonra evə gələn polis qrupları, Hanife Birmanın cansız bədənini tapıblar.
Tokmakın polisə verdiyi ifadəsində evlənməyi planlaşdırdıqlarını söyləsə də, Birmanın bundan imtina etdiyi öyrənilib.
Bildirilib ki, Zekeriya Tokmak bundan sonra başlayan mübahisədə mətbəxdən götürdüyü çörək bıçağı ilə Birmanın boğazını kəsərək öldürdüyünü deyib.
Hadisə yeri araşdırma qrupları tərəfindən aparılan işlərin ardından Burma’nın cəsədi yarılmaq üçün Ədliyyə Tibb Təşkilatına göndərilib. (DHA)
Aytac Şahin
Medianews.az