KAC Group Media MMC şirkəti çoxşaxəli fəaliyyət göstərən istehsal (prodakşn) şirkətidir. Həmçinin prodüsser mərkəzi kimi də məhsuldar fəaliyyət göstərir. Bu şirkət Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, prodüser Amiran Babayev tərəfindən yaradılıb. 11 ildir ki, Xəzər Televiziyasında çalışan Amiran Babayev hazırda bu kanalda kreativ prodüser kimi fəaliyyət göstərir.
Amiran Babayev açıqlamasında bildirib ki, çoxillik televiziya və media təcrübələrinə əsaslanaraq şirkəti yaratmaq zərurəti meydana gəlib:
“Şirkət film, serial, reklam çarxı, videorolik, media və s.bu kimi sahələrdə fəaliyyət göstərir.
KAC Group Media – nın ən böyük uğurlarından biri də peşəkar, həvəsli və olduqca məsuliyyətli kollektivlə fəaliyyətə başlamasındadır. İstedadlı gənclərə isə hər zaman dəstəyimizi əsirgəməyəcəyik.
KAC Group Media – nın hədəfləri böyükdür. İlk növbədə Azərbaycanımızda kifayət qədər maraqlı və kreativ işlər görüb daha sonra sərhəddən kənarda Vətənimizi layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, şirkət rəsmi olaraq Martın 17 də yaradılıb. Belə qısa müddətdə yaranmasına baxmayaraq artıq yeni layihələrə də imza atıb.