Azərbaycan Kinematorafçılar İttifaqı İdarə heyəti üzvlük üçün müraciətlərə baxıb və səsvermə keçirilib.
Modern.az xəbər vefrir ki, səsvermənin nəticəsi olaraq kinorejissorlar Emin Əfəndiyev, Rüfət Şahbazov, prodüsser Amiran Babayev, aktyorlar Salman Bayramov, Eldar Bağırbəyov, İlkin Misgərli, aktrisa Zarina Qurbanova, ssenaristlər Elxan Xanəlizadə, Valeh Əhmədov , İbrahim Nəbioğlu və ssenarist, şair Xəyal Rzanın üzvlüyü İdarə Heyəti tərəfindən təsdiq olunub.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 11 yanvar 1963-cü ildə yaradılıb.
İttifaqın sədri tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovdur.