Türkiyəli müğənni İrem Derici sahibkar İlon Maskı təhqir etdi.
Medianews.az xəbər verir ki, dünya şöhrətli iş adamı İlon Maskın Tviteri satın alması ilə sosial media platformasında yeni dövr başlamışdı.
Tviterin yeni sahibi İlon Mask, ‘mavi nişan’ (təsdiqlənmiş hesab) tətbiqini 8 dollara satacağını və heç bir ödəniş edilmədiyi təqdirdə təsdiqlənmiş hesabların silinəcəyini açıqlamışdı.
Ötən günlərdə Türkiyədən bir çox məşhur simaların mavi nişanı deaktiv edilmişdi. Bu məşhurların içərisində tviterdə 858.4 min izləyicisi olan İrəm Derici də var idi.
Belə ki, keçdiyimiz günlərdə İrəm ”İndicə yuxulu halda tviter üçün illik ödəmə etdim, məşhurluğu itirmək qorxusuna baxın da” paylaşımı ilə tviterə mavi nişan üçün illik ödəmə etdiyini açıqlamışdı.
Yaşanan vəziyyətə üsyan edən müğənni paylaşım edərək İlon Maskın ünvanına təhqiramiz ifadə işlədib.
Fərid Abbas
Medianews.az