NATO-nun baş katibi Yens Stoltenberq cümə günü deyib ki, o, Kiyevin işğalçı Rusiya qüvvələrinə qarşı yeni hücuma hazırlaşdığı üçün Ukraynanın daha çox ərazini geri almağa hazır olduğuna “əmindir”.
Medianews.az bildirir ki, Stoltenberq Almaniyada jurnalistlərə Ukraynanın hücumu uğurla həyata keçirmək üçün nəyəsə ehtiyacı varmı sualına “mən əminəm ki, onlar indi daha da çox torpaqları azad edə biləcək vəziyyətdə olacaqlar” deyə cavab verib.
Stoltenberq Kiyevin onlarla beynəlxalq tərəfdarı ilə görüşdə Ramstein aviabazasında bildirib ki, “bu gün burada əsas məsələlərdən biri ukraynalıların daha çox torpaqları geri ala bilməsi üçün lazım olan bütün müxtəlif imkanlardan, sistemlərdən, təchizatlardan keçmək olub”.
NATO rəhbəri həmçinin bildirib ki, Ukraynaya çoxsaylı Patriot hava hücumundan müdafiə batareyaları çatdırılıb.
“Almaniya və ABŞ hazırda Ukraynada fəaliyyət göstərən Patriot batareyalarını tədarük edib” deyən Stoltenberq dəqiq rəqəm və ya təfərrüatları açıqlamaqdan imtina edib.
Kiyev dəfələrlə Rusiyanın zərbələrindən qorunmaq üçün yüksək texnoloji sistemin tətbiqinə təkan verib və Pentaqon martın sonunda bildirib ki, 65 nəfərlik ukraynalı hərbçi ABŞ-da Patriotla bağlı təlimləri başa vurub və Avropaya qayıdıb.
Medianews.az