QOÇ – ( Mart 21 – Aprel 20 )
Müəyyən qədər gərginliklə üzləşmə ehtimalınız var. Odur ki, həmkarlarınızla, eləcə də qonum-qonşu ilə ünsiyyətdə səmimi olmağa çalışın. Ciddi işləri təkbaşına həll etməyin.
BUĞA – (Aprel 21 – May 20)
Kənardan köməyə ehtiyac duyduğunuz hiss olunur. Göy qübbəsi bu istiqamətdə sizə yardımçı olacaq. Amma özünüz də passiv dayanmayın. Nahardan sonra şəxsi büdcənizdə artım ola bilər.
ƏKİZLƏR – (May 21- İyun 21)
Təəssüf ki, astroloji göstəricilər bu təqvimin passiv keçəcəyini bəyan edir. Münaqişələrə cəlb olunmaq istəmirsinizsə, iradəli və təmkinli olun. Bir az müşahidəçi rolu oynayın.
XƏRÇƏNG – –(İyun 22 – İyul 22)
Durumunuzdan bəlli olur ki, etibar etdiyiniz adamların əksəriyyəti sözünədüz şəxslər deyil. Bu isə sizin üçün həmişə problem yaradır. Odur ki, belə məsələlərdə sərt olmağa çalışın.
ŞİR – (İyul 23 – Avqust 23)
Yeniliklərlə dolu bir tarix yaşayacaqsınız. Qeyri-adi hadisələr, tanışlıq, əməkdaşlıq, eşqə düşmək və s. kimi amillər bu bürcün müvafiq adamlarının rastlaşacağı hadisələrdən olacaq.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Bəxtinizdə riskli bir gün durub. Amma qorxmağa dəyməz. Çünki bu gün Göy qübbəsi sizi müdafiə etməkdədir. Təxminən saat 15-dən sonra şəxsi işlərinizdə böyük dönüş yarana bilər.
TƏRƏZİ – (Sentyabr 24 – Oktyabr 23)
Kifayət qədər uğurlu gündür. Bir tərəfdən şəxsi işlərinizdə müsbət qığılcımlar, digər tərəfdənsə maliyyə işlərinizin qaydasına düşməsi əhval-ruhiyyənizi xeyli yüksəldəcək.
ƏQRƏB – (Oktyabr 24 – Noyabr 22)
İkitərəfli əlaqələr uğur gətirə bilər. Bu səbəbdən də potensial imkanlarınızdan bacardığınız qədər istifadə etməlisiniz. Hər bir işdə Allahı yada salın. Məntiqsiz iş görməyin.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Fəaliyyət göstərdiyiniz obyektlərdə mülayim davranın və hər kəsin ovqatını yüksəltməyə çalışın. İlahidən üzərinizə düşən bu missiyanı reallaşdırsanız, uğurlar qapısını açacaqsınız.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Bəxtinizdə əyləncəli məqamlar durur. Bu səbəbdən də qonaq getmək, dostlarla birlikdə əylənmək və ya səfərə çıxmaq sərfəlidir. Özünüzü təkəbbürlü aparmaqdansa, sadəliyə üstünlük verin.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Hər mənada düşərli gündür. Ədalətli cəhdlərinizin əksəriyyəti reallığa yaxınlaşacaq. Paxıllıq və qisas hissindən uzaq olun. İntim əlaqə və uzaq səfərlər isə ümumiyyətlə, yolverilməzdir.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün riskli iş görməyin. Amma etibar etdiyiniz adamlar dəstək versə, axşama doğru planlarınızı reallaşdırmaqda çətinliyiniz olmayacaq. Ağır qidalardan qaçın.