Mərkəzi Amerika ölkəsi olan Panamada 6,6 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, ABŞ-in Geologiya Araşdırma İnstitutu (USGS), 6,6 bal gücündə zəlzələnin baş verdiyini qeyd edib.
Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bildirilib ki, sarsıntının təsirindən piştaxtalarda olan məhsullar aşıb.
Medianews.az