Pakistan tarixinin ən pis ərzaq böhranı ilə mübarizə aparır.
Bu səbəbdən Pakistanda vəziyyət gündən- günə gərginləşir.
Medianews.az xəbər verir ki, hökumətin vəziyyətdən çıxış yolu kimi insanlara un paylaması faciəyə səbəb olub.
Belə ki, hökumətin ölkədə pulsuz un paylaması bir çox rayonlarda izdiham yaradıb.
Pakistanın Pəncab əyalətinin Kasur və Xairpur şəhərlərində un paylanması zamanı yaranan izdiham nəticəsində iki nəfər həyatını itirib.
Həftə ərzində un paylanması zamanı yaranan izdihamda 7 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Medianews.az