Kahramanmaraşda baş verən zəlzələlərdə Antakyada dağıntılar altında qalan 10 yaşlı qızın atasına göndərdiyi son mesaj Habertürk-ün aparıcısı Serap Belet və TV100-ün aparıcısı Gökhan Taşkının göz yaşlarına səbəb olub.
Medianews.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən ən çox təsirlənən vilayətlərdən biri olan Hatayın Antakya rayonunda Elit Mənzillərinin dağılması nəticəsində təxminən 150 nəfər həyatını itirib.
Dağıntılar altında qalan 10 yaşlı Elif həmin gecə İstanbulda olan atası Mümtaz Gövceyə “ata, bax, mən də öləcəm” deyərək səs yazısı və fotoşəkil göndərib. Gövcenin bütün mübarizələrinə baxmayaraq balaca Elifi xilas etmək mümkün olmayıb.
Habertürk-ün aparıcısı Serap Belet canlı yayımda DHA-nın təqdim etdiyi səs yazısının səsləndirilməsi xəbərindən sonra göz yaşlarını saxlaya bilməyib.
TV100-ün aparıcısı Gökhan Taşkın bu xəbərdən sonra göz yaşlarını saxlaya bilməyib.
Medianews.az