Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla Qarabağdakı vəziyyəti müzakirə edib.
Medianews.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Paşinyan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020 və 2022-ci illərdə imzalanmış sazişlərin icrası, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirə edilib. Qarabağdakı vəziyyətin də müzakirə olunduğu görüşdə Putin vurğulayıb ki, bütün ortaya çıxan problemlər konstruktiv şəkildə, Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətlə həll edilməlidir.
Medianews.az