İstanbulda Maliyyə Mərkəzinin tikintisində çalışan işçilər arasında dava düşüb.
Medianews.az xəbər verir ki, armaturlarla bir-birinə hücum edən işçilərin görüntüləri ərazidəki vətəndaşların mobil telefonunun kamerasına əks olunub.
Hadisə bu gün günorta saatlarında Ümraniye Maliyyə Mərkəzinin tikintisində baş verib. İddialara görə, tikintidə çalışan işçilər arasında fikir ayrılığı səbəbindən mübahisə düşüb. Qızğın mübahisə qısa zamanda davaya çevrilib.
Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və təcili yardım göndərilib. Dava polislərin müdaxiləsi ilə sona çatıb və yaralılar xəstəxanaya aparılıb.
Medianews.az