Qərbi Avstraliya polisi narkotik satıcısının evində apardığı əməliyyat-axtarış tədbirləri zamanı qəribə görünüşlü “iPhone” ələ keçirib.
Medianews.az xəbər verir ki, telfon görnüşlü qurğu əslində silah olub. Polis tapançanın heç bir lisenziyası olmadığı və onun adına rəsmiləşdirilmədiyi üçün qaçaqmalçılıq yolu ilə gətirildiyini bildirib.
Qeyd edək ki, polis tərəfindən müsadirə edilən “iPhone” tapançası ötən ilə qədər fəaliyyət göstərmiş, hazırda fəaliyyət göstərməyən “İdeal Conceal” adlı şirkət tərəfindən hazırlanıb.
Şirkət gizli smartfon kimi görünən silahın istehsalını artıq başa çatdırsa da, hələ də silahı keçmişdə almış və ya hələ də ehtiyatı olan insanlar tərəfindən istifadə olunur.
Hazırda açıldığında tapançaya çevrilən modelin hava limanları kimi yerlərdə təhlükəsizlik yoxlamalarından yayına bilməsi ehtimalına diqqət yetirir.
Medianews.az