Hatayda zəlzələnin fəsadları ilə yaxından tanış olan İBB sədri Əkrəm İmamoğlu canlı yayımda yeni açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Əkrəm İmamoğlu jurnalistin sualına verdiyi cavab hər kəsi təəccübləndirib.
Əkrəm İmamoğlu jurnalistin “biz İstanbullular gecələr rahat yata bilərikmi?” sualına belə cavab verib. O, “kaş ki, bütün İstanbullulara gecələr rahat yatsınlar deyə biləydim”,-deyə bildirib.
“Biz çox təəssüf ki, özümüzə binalar yox, tabutlar hazırlamışıq. Bu gün də bunun əziyyətini çəkirik. İnsanlarımızın itkisinin ardındakı məsələni tam olaraq təbii fəlakət ilə əlaqələndirmək olmaz . Düzgün texnologiya ilə tikilən heç bir bina insanın həyatı bahasına başa gələ bilməz”.
Medianews.az