Türkiyədə R.V adlı şəxsin 5 yaşlı övladına zorakılıq göstərdiyini üzə çıxaran video yayılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Kırşehir vilayətində baş verib.
Uşaq və anası mühafizə altına alınarkən, kiçik oğlanın aldığı travma səbəbiylə danışa bilmədiyi öyrənilib.
55 yaşlı kişi azərbaycanlı olan ikinci həyat yoldaşı A.V.-dən olan oğluna tətbiq etdiyi zorakılıq izləyənləri şoka salıb. Kadrlarda tez-tez spirtli içki qəbul etdiyi və 5 yaşlı oğlu M.V.-yə qarşı zorakılıq etdiyi öyrənilən şəxsin oğlunu vəhşicəsinə vurduğu görünür.
Ananın gizlincə lentə aldığı video yayıldıqdan sonra ata həbs edilib. Lakin ailə həmin şəxsin tezliklə həbsdən çıxıb yenidən zorakılığa düçar olacağından narahatdır.
Medianews.az