Türkiyədə boğaz ağrısı şikayəti ilə pediatriya xidmətinin yerləşdiyi rayon poliklinikasının təcili xidmətinə aparılan 7 yaşlı Melis Kıymet müalicəsinin ardından halı pisləşib və həmin poliklinikada dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, 7 yaşlı Melisin ölümü bütün Türkiyəni yasa boğub.
Sözügedən hadisə Türkiyənin Amasya vilayətində baş verib.
Amasya Qubernatorluğu şok ölümdən sonra məhkəmənin və inzibati istintaqın başladıldığını açıqlayıb.
Medianews.az