Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Uşaq yaşlarımızda yeni il günlərində telekanallarımız teletamaşalar təqdim edərdi. Bu gün yaşlı və orta nəslə mənsub çox az adam tapılar ki, bir vaxtlar Azərbaycan Televiziyası tərəfindən istehsal edilən, mövzu, süjet, rejissura, aktyor oyunu baxımından maraqlı və baxımlı olan teletamaşaları xatırlamasın. Həmin televiziya tamaşaları bu gün də tamaşaçı marağını özünə cəlb etməkdə davam edirdi. İndi isə nə teletamaşalar var, nə də ki teletamaşaları yaşadan aktrisalarımız.
Bəs görəsən indi o teletamaşalar niyə çəkilmir? Bunun başlıca səbəbi nədir?
Mövzu ilə bağlı xalq artisti Naibə Allahverdeyeva Medianews.az-a açıqlamasında indi resjissorların teletamaşalara maraq salmadığını bildirdi:
“Yeni ildə teletamaşaların çəkilməməsini başa düşə bilmirəm. Yəqin ki, rejissorlarda əvvəlki həvəs qalmayıb. Aktyor asılı bir sənətdir. İndi məni elə teletamaşalara dəvət etmirlər, etsələr böyük məmuniyyətlə çəkilərdim. Əvvəllər sənətə qiymət verən insanlar var idi ki, onlar mütəmadi olaraq çəkir və peşəkar aktyorlara müraciət edirdilər. Bizim işimiz obrazımızı canlandırmaqdır. Bizə obraz vermirlərsə bu bizim günahımız deyil. Biz də əvvəlki ənənənin itməsini istəmirik. Gözləməkdən və olanları izləməkdən başqa çarəmiz yoxdur”.
Medianews.az