“Hazırda Ermənistanın yeganə qorunan ərazisi Baş nazir Nikol Paşinyanın meyitidir”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan bildirib.
Onun sözlərinə görə, sərhəddə atışma ilə bağlı gündəlik məlumatlar daxil olur: “Sentyabr hücumları nəticəsində həlak olan hərbçilərin cəsədinin geri qaytarılması mümkün deyil. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin Vardenis istiqamətində mövqeləri hələ də müəyyən olunmayıb, heç bir mühəndislik işi aparılmayıb. Artıq qar yağdı və əsgərlərin döyüş növbəsi aparması şərtləri ağırlaşır.
Buna baxmayaraq, İrəvanın mərkəzinin yeni il bayramı ilə bağlı bəzədilməsi üçün təxminən 650 min dollar xərclənib”.
Kazaryan halbuki hərbi qulluqçular üçün beton bunkerlərin tikintisi 4-5 min dollara başa gələcəyəni qeyd edib: “Sizcə, artıq xərclənən bu 650 min dollar üçün neçə belə bunker tikilə bilər?”
Zəfər