Tuzlada səhnəyə çıxdığı məkanda qonşusu Hüseyn Meriçə dediyi sözlərə görə mühakimə olunan Halil Sezai ilə bağlı məhkəmə qərarı açıqlanıb. Məşhur müğənni ilk iclasda təhqir ittihamı ilə 4 ay 25 gün həbs cəzasına məhkum edilib.
Medianews.az xəbər verir ki, Anadolu 33-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda şübhəlilər Halil Sezai Paracıkoğlu və Hüseyn Meriç çıxış edib. İclasda tərəflərin vəkilləri iştirak ediblər.
Təqsirləndirilən Halil Sezai müdafiə çıxışında hadisənin baş verdiyi tarixdə konserti olduğunu bildirib:
“Məni şikayət edən şəxslə aramızda düşmənçilik var. Aramızda olan insident məhkəməyə qədər gəlib çıxdı”.
Medianews.az