Erməni biznesmen Artyom Aslanyan Moskvadakı yaşayış kompleksində özünü güllələyib.
Medianews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun cəsədini yaşayış kompleksinin mühafizəçisi aşkar edib. Ölümündən əvvəl erməni biznesmen anasına “çox narahat olduğunu və ümumiyyətlə hər şeydən bezdiyini” mesajla yazıb.
Onun intiharının ilkin səbəbi kimi işdəki problemlər qeyd edilir.
Qeyd edək ki, erməni biznesmenin dünən 39 yaşı tamam olub.
Zəfər