Medianews.az bildirir ki, Prezident Ərdoğan və Qazaxıstan prezidenti Tokayev ikitərəfli münasibətlərlə bağlı birgə bəyanatla çıxış edərək, Türkiyə ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu qeyd ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 12-13 oktyabr 2022-ci il tarixlərində Qazaxıstanda dövlət səfərində olmuşdur.
Prezidentlər (bundan sonra – Tərəflər) sözügedən səfərin iki ölkə arasında Genişləndirilmiş Strateji Tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandıqlarını ifadə edərək, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə danışıqlar vasitəsilə dövlətlər arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğuladılar.
Qarşılıqlı dostluq və anlaşma şəraitində keçən danışıqlar çərçivəsində tərəflər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə edib, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün 2 mart 2022-ci ildə qeyd edildiyini vurğulayaraq, 30 il ərzində ortaq tarixə, dilə və mədəniyyətə, sıx siyasi dialoqa və çoxşaxəli əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişaf tempindən məmnunluqlarını ifadə ediblər.
Nəzrin Vüsal
Medianews.az