Türkiyədə 26 yaşlı Bilge Ç. sentyabrın 11-də dünyaya gələn körpəsini 20 günlük ikən fındıq bağında basdırdığını etiraf edib.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Ordu şəhərində yaşanıb.
Bilge Ç. körpəsi öləndən sonra polisə gedərək itməsi barədə xəbər verib. Araşdırmalar zamanı yalanı üzə çıxan qadın polislər tərəfindən saxlanılıb. Daha sonra Bilge Ç. polis bölməsində verdiyi ifadəsində körpənin nikahdankənar doğulduğunu, onu əmizdirərkən boğulduğunu və daha sonra basdırdığını bildirib.
Medianews.az