Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.
Direktor və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı DİN-in əməkdaşları tərəfindən araşdırma aparılır:
“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”. (APA)