M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın və 3 yaşlı oğlu Arifin buro247.az saytında yeni fotoları dərc olunub.O, Philipp Plein brendindən 2 obrazda görünüb. Gərgin iş qrafiki ilə çalışan və 3 yaşlı uşağın tərbiyəsi ilə məşğul olan qadının geyimində əsas olan rahatlıq və öz stilinin qorunmasıdır.
Brendin brutal stilinə baxmayaraq, Ülviyyə Rəhmanova onu tamamilə fərqli şəkildə təqdim edib. Oğlu Arif Rəhmanovla gəzintidə Ülviyyə neon kənarlı cins ətəyi seçib. Ətəyə brendin firma nişanı – strazlı böyük kəlləsi olan dəri jilet özəllik verir. Obraza üzərinə Swarovski strazları səpilən idman ayaqqabıları əlavə edilib. Philipp Plein uşaq istiqaməti isə təkcə keyfiyyəti ilə deyil, həm də parlaq və rahat stili ilə seçilir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.