İranın tanınmış aktrisası Nyuşa Modəbber hicabdan imtina etməsi ilə bağlı video paylaşıb.
Medianews.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat paylaşıb.
“Mənim seçimim azadlıqdır”,- deyən aktrisa öz İnstaqram səhifəsində yayımladığı videoda hicabın başından çıxararaq məcburi hicaba qarşı olduğunu, özü olmaq, azadlığı seçmək istədiyini bildirib.
Videoda o, hicabsız qadının “əxlaqsızlığa səbəb olmadığnı” vurğulayır.
Bununla da, aktrisa İran hakimiyyətinin ölkədə məcburi hicab əleyhdarlarına divan tutulmasına öz etirazını bildirib.
Mənbə (redaktor.az)